Eldar Mahmudovun daha bir yaxın qohumu işdən qovuldu

Day.Az представляет новость на азербайджанском языке

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı da vəzifəsindən azad edilib. 

AzNews.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynovun işiylə vidalaşıb. 

Məlumat üçün bildirək ki, Beydulla və Xeyrulla Hüseynov qardaşları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudurlar. E.Mahmudovun işdən çıxarılmasından sonra oktyabrın 21-də B.Hüseynov da tutduğu vəzifədən qovulub. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırma gedir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.