https://news.day.az/sport/713416.html Mourinyoya ciddi cəza

Mourinyoya ciddi cəza

Спорт, 3 ноября 2015 11:23 (UTC +04:00) 786
Mourinyoya ciddi cəza

Day.Az представляет новость на азербайджанском языке

İngiltərə Futbol Federasiyası "Çelsi"nin baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Qol.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna portuqaliyalı mütəxəssisin Premyer Liqanın 10-cu turunda "Vest Hem"lə oyunun fasiləsində hakimləri təhqir etməsi səbəb olub.

Bu hərəkətinə görə bir oyunluq cəza alan Mourinyo Premyer Liqanın 12-ci turunda "Stok Siti" ilə keçiriləcək görüşü tribunadan izləməli olacaq. İngiltərə Futbol Federasiyası eyni zamanda 52 yaşlı mütəxəssisi 40 min funt məbləğində cərimələyib.

Qeyd edək ki, "Vest Hem" - "Çelsi" oyunu 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости