“Sabah meydanda ən yaxşısını etməyə çalışacağıq”
Day.Az представляет новость на азербайджанском языке
"Bəzən belə oyunlardan əvvəl həm şad oluruq, həm də həyəcanlanırıq. Qrupda məğlub olmayan komandaya qarşı oynaycağıq. Rəqibi tanıyırıq. Futbolçularımız indi daha məsuliyyətli olacaq. Sabah meydanda ən yaxşısını etməyə çalışacağıq". Bu sözləri qol.az-a "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Monako" ilə sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
- Adətən 4-2-3-1 taktiki sxemindən istifadə edirsiniz. Reynaldonun yoxluğunda hansısa dəyişiklik olacaq?
- Düşünmürəm ki, sistemdə dəyişiklik olsun. Ola bilər ki, oyununn gedişatından hansısa dəyişiklik olsun. Reynaldonun əvəzinə oynayacaq futbolçumuz var.
- Komandada psixoloji gərginlik varmı?
- Psoxoloji çətinlik hər zaman olur. "Monako" qalib gəlsə, minumum qrupda ikinci yeri tutacaq. Futbolçularımız özləri də bu oyunun məsuliyyətin dərk edir. Belə oyundlarda psioxoliji gərginlik varsa, deməli, futbolçular nəsə düşünür. Bəzən buna şad oluruq.
- Rəqibə heyət baxımından sürpriz hazırlamısınızmı?
- Elə də böyük dəyişiklik görünmür. Kiçik dəyişiklik ola bilər.
- Premyer Liqamızın son turunda Vüqar Mustafayev gözəl qolla yadda qaldı. Sabah onu heç olmasa ehtiyatda görə bilərik?
- Əfsuslar olsun ki, bu suala tam cavab verə bilməyəcəm. Sabah buna qərar verəcəyik.
- Azarkeşlərin sabahkı oyuna marağı elə də böyük deyil. Sizcə, bunun səbəbi nədir?
- Ümid edirəm ki, azarkeşləri sayı sabah qədər artacaq. Sabah da onlar bizlərlə olacaq. Ola bilər hansısa çatışmazlıqlar var, biz bilmirik. Ancaq düşünmürəm ki, onların oyuna marağı azdır.
- Son bir həftədə Fransa mətbuatı "Qarabağ"dan çox yazır. Bir jurnalist isə qeyd edib ki, ola bilsin Bakıdakı oyundan sonra "Qarabağ"dan daha çox yazdıq. Onun bu fikirlərinə münanisbətin necədir?
- Sabah daha sürətli oyun gözləyirik. Baxmayaq ki, bizə çətin oyun olacaq, futbolçularımız daha diqqətli olacaq. Jurnalistin fikiriləri ilə razıyam.
- Bu günə qədər Azərbaycan klubları Fransa təmsilçilərinə qalib gələ bilməyib. Bu, statistika komandanıza mənfi təsir etməz ki?
- Yox. İstənilən komandaya qarşı oynaya bilərik. Sabah uğurlu nəticə əldə etmək istəyirik. Hər bir rəqibin gücünü tanıyırıq. Əlimizdən gələn ən yaxşısını edəcəyik.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре