Qurban Qurbanov: "Qol epizodlarını yada salsaq, şanssızlıq olduğunu deyə bilərik"
Day.Az представляет новость на азербайджанском языке
İstəməzdik ki, evdəki son oyunda uduzaq. Təəssüf ki, istədiyimiz oyun alınmadı.
Qol.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Tottenhem"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, futbolçularından razı qaldığını bildirərək, azarkeşlərə minnətdarlıq etməyi də unutmayıb. Qrup mərhələsindəki bütün rəqiblərinin güclü olduğunu deyən Qurbanov mümkün olmayanı etməyə çalışdıqlarını bildirib: "Qol epizodlarını yada salsaq, şanssızlıq olduğunu deyə bilərik. Amma nəticə oyuna görə oldu".
43 yaşlı mütəxəssis təcrübələrinin ildən-ilə artdığını vurğulayıb: "Biz bu təcrübədən maksimum yararlanmağa çalışacağıq. Desəm ki, mərhələ şansımız var, düz olmaz. Şansımız yoxdur demək də olmur. Real yanaşmaq lazımdır: mərhələ adlamaq çox çətindir. Biz zəif olsaq belə, qələbə haqda düşünməliyik. Bəzən xarakter hesabına qalib gəlməlisən".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре