"Polislər 5 cinayətimi bilmirdi..." - Məhkəmə zalından
Day.Az представляет новость на азербайджанском языке
Bu gün Bakı Apelyasiya Məhkəməsində oğurluqda təqsirləndirilərək 4 il 6 ay müddətinə azadlıqda məhrum edilən Cavid Hüseynovun şikayətinə baxılıb.
Day.Az qafqazinfo-ya istinadən bildirir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda C.Hüseynov çıxış edib.
O deyib ki, yalnız cibgirliklə məşğul olub və 6 nəfərin cibindən oğurluq edib: "Onların 5-nə oğurladıqlarımı qaytarmışam, cəmi 1 oğurluğum qalıb. Mənə minimum cəza veriləcəyinə ümid edib o biri cinayətləri də açıb danışdım. Əslində, polislər digər 5 cinayətimi bilmirdi. Oğurladıqlarımı da qaytardım ki, cəzam yüngül olsun. Qaytarmasaydım, nə qədər cəza veriləcəkdi? Bilsəydim, cəza bu qədər olacaq, qaytarmazdım".
Təqsirləndirilən şəxsin vəkili çıxış edərək onun ittiham olunduğu Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq; təkrar törədildikdə) maddəsi üzrə ən aşağı cəzanın verilməsini, yəni C.Hüseynovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror cəzanın qüvvədə saxlanılmasını müdafiə edib.
Məhkəmə kollegiyası müşavirədən sonra qərarı elan edib və Cavid Hüseynovun şikayəti təmin edilməyib, ona verilən 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре