Canavarla dost kimi davranır

Day.Az представляет новость на азербайджанском языке

Hətta onları şampun, sabunla yuyub təmizləyir

Təbiətdə olanda hər kəsi qorxuya salan heyvanlar qəfəsdə fərqlidir. Söhbət canavarlardan gedir. Ağstafada bir oğlan saxladığı 2 canavarla əsl dost kimi davranır. Hətta onları şampun, sabunla yuyub təmizləyir.

Hətta bu vəhşi heyvanları şampunlayıb çimizidirir. Poylu kəndində bir restoranın həyətində müxtəlif həyvanlarla yanaşı canavarlar da var. Ceyhun Əzizov 2014-cü ildə vəhşi canlıları gözləri açılmadan əldə etdiyini deyir.

Təmizliyi sevən canlıları Ceyhun yalnız özü yemləyir, hətta onları şampun, sabunla yuyub təmizləyərək kənardan baxanların diqqətini çəkir.

Ərazidə canavarlarla yanaşı ayı da saxlanılır. Canavarlardan fərqli olaraq ayı insanı yaxın buraxmaq istəmir.

Day.Az "Xəzər Xəbər"-ə istinadən mövzu ilə bağlı daha ətraflı material təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.