Azərbaycanda yeniyetmə qız faciəvi şəkildə öldü

Day.Az представляет новость на азербайджанском языке

Sabirabad rayonunda yeniyetmə qız elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Sabirabad rayonu Azada kəndində baş verib.

Kənd  sakini, 2002-ci il təvəllüdlü Rüstəmli Əfruzə Fərhad qızını evlərində hamamda təmizlik işləri apararkən elektrik cərəyanı vurub.
 
Hüquq-mühafizə orqanları araşdırma aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.