Türkiyədə dünən həbs olunan məmur bu gün həbsxanada ölü tapıldı

Day.Az представляет новость на азербайджанском языке
Dünən İzmirdə FETÖ-nün çevriliş cəhdi ilə bağlı istintaqı çərçivəsində nəzarətə alınan, aralarında təhlükəsizlik xidmətinin təqaüdçüsü və digər məmurlarının olduğu 5 şəxs həbs olunub.
Milli.Az Türkiyə KİV-inə istinadən bildirir ki, həbs olunan məmurlardan biri - Ömər C. saxlanıldığı həbsxanada bu gün ölü tapılıb.
Cəsədinin yarılması üçün İzmir Ədliyyə tibb ekspertizasına göndərilən Ömər C.-nin ölüm səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilmir.
Qeyd edək ki, prokurorluğun həbs qərarı ilə məhkəmə qarşısına çıxarılan 7 təqaüdçü məmurdan 5-i həbs olunsa da, 2 şübhəli şərti cəza ilə sərbəst buraxılmışdı.
Şübhəlilərin FETÖ-çülərlə "ByLock" adlı şifrəli program vasitəsi ilə əlaqə saxlayaraq təşkilata məlumat ötürmələri, təlimat aldıqları iddia edilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре