Yol polisi Bakıda ''Niva'' ilə "avtoş"luq edən sürücünü tapdı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda Niva ilə avtoxuliqanlıq edən sürücü peyda olub.

Day.Az avtosfer.az-a istinadən bildirir ki, hərəkətləri ilə digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücü, bu azmiş kimi hələ avtomobilinə qadağan edilmiş siqnal da qoyub. Görüntülər Bakıda avtomobillərdən birindəki kamerayla çəkilib və sosial şəbəkələrdə yayılıb. Çəkən şəxs deyir ki, həmin sürücü avtomobilə qadağan edilmiş Fi-fa siqnalı da qoyub. Videoda görünən odur ki, sürücü, hətta qarşıdakı avtomobillərə yaxınlaşarkən eyni əməli təkrarlamaqla təhlükəli vəziyyət yaradır.

Yol hərəkəti üzrə ekspertlərin sözlərinə görə, avtoxuliqanlıq hərəkətlərinə görə sürücü 500-700 manat cərimə və ya 1 illik sürücülük hüququndan məhrum olmaqla yanaşı, bir ay da inzibati həbs edilə bilər. O ki qaldı qadağan edilmiş siqnala, buna görə sürücünü 500-800 manat məbləğində cərimə və siqnalın müsadirəsi gözləyir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki,  həmin görüntülər əsasında idarədə araşdırma aparılır. Artıq həmin avtomobilin dövlət nömrə nişanı və sürücünün kimliyi bilinir. Avtomobilin saxlanılaraq cərimə meydançasına qoyulması istiqamətində yol polisi araşdırma aparır.

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda ''Niva'' ilə belə təhlükəli manevr edir

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.