Rusiyalı politoloq: "Aleksandr Lapşinin ekstradisiyası Azərbaycan dövlətinin uğurudur"

Day.Az представляет новость на азербайджанском языке
Aleksandr Lapşinin ekstradisiya olunması Azərbaycan dövlətinin uğurudur. Bu, Azərbaycan dövlətinin güclü olmasının göstəricisidir. Lapşinin ekstradisiyası həm də Azərbaycan hakimiyyətinin nüfuzunun möhkəmlənməsinə xidmət edir.
Day.Az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov deyib.
S.Markov bildirib ki, Azərbaycan rəhbərliyi ölkə qanunlarının qəti şəkildə yerinə yetirilməsində təkid edir: "Azərbaycanın qanunlarına görə, onun icazəsi olmadan Dağlıq Qarabağ regionuna səfər etmək qanunsuzdur. Lapşin həmin qanunu pozmuşdu və bu azmış ki, hələ üstəlik sosial şəbəkələrdə Azərbaycanın qanunu pozduğuna görə fəxrlə öyünmüşdü. O, Dağlıq Qarabağ səfər etdikdən sonra başqa pasportla yenidən Azərbaycana səfər etmiş və sosial şəbəkədə bu barədə nümayişkaranə şəkildə öyünmüşdü. Hətta Dağlıq Qarabağa yenidən səfər etmək üçün pul toplamağa başlamışdı. Bütün bunlardan sonra Azərbaycan dövləti onu axtarışa verdi".
Rusiyalı politoloq təmsil etdiyi ölkədən asılı olmayaraq, hər bir vətəndaşın Azərbaycanın qanunlarına hörmət etməli olduğunu vurğulayıb: "Azərbaycanın qanunları var. Bu ölkə işğal altında olan Dağlıq Qarabağ uğrunda mübarizə aparır. Azərbaycan dövlətinin vəzifələrindən biri Dağlıq Qarabağa gedən əcnəbilərin qanunsuz səfərlərinin qarşısını almaqdır. Hesab edirəm ki, Lapşinlə bağlı baş verən hadisə Dağlıq Qarabağa səfər edənlərə və etmək istəyənlərə dərs olacaq və bu regiona gedənlərin sayı kəskin azalacaq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре