https://news.day.az/society/551030.html
Qəza törədən 17 yaşlı sürücüyə daha bir zərbə
Bakı-Qazax avtomagistralının 479-cu kilometrliyində, Ağstafa rayonu ərazisində qəza baş verib. Kəpəz televiziyası (Region TV) xəbər verir ki, 17 yaşlı sürücü, Ağstafa rayon Dağ Kəsəmən kənd sakini Elnur Məmmədov idarəetməni itirib və sürücüsü olduğu "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Müxtəlif bədən xəsarətləri alan Elnur Məmmədov xəstəxanaya yerləşdirilib. Qəzaya düşən avtomobilin sahibsiz qaldığını görən naməlum şəxslər isə avtomobildə zədələnməyən arxa şüşəni, ehtiyat şini və 4 ədəd qiymətli səsgücləndiricini sökərək ərazidən uzaqlaşıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.

Day.Az представляет новость на азербайджанском языке.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре