Hacıqabulda baş verən zəncirvari qəzada bir nəfər ölüb - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Hacıqabulda zəncirvari qəza baş verib.
 

APA-nın verdiyi məlumata görə, bu gün saat 10.15 radələrində Hacıqabul-Şirvan magistralında "VAZ 21015", "Toyota", "Mercedes" və "VAZ 2107" markalı avtomobillər toqquşub.
 

Qəza nəticəsində "VAZ 21015" markalı avtomobilin sürücü, Hacıqabul sakini, 1977-ci il təvəllüdlü Əkbərov Vüqar əsgər oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.
 

Həmin avtomobildə olan sürücünün qardaşı oğlu, 2003-cü il təvəllüdlü Əkbərov Baloğlan Yaşar oğlu isə kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Böyütmək üçün şəkillərə klikləyin: