Qanlı 20 Yanvarın 24-cü ildönümü Dubayda qeyd olunub – FOTO
Day.Az представляет новость на азербайджанском языке.
20 yanvar 2014-ci ildə Birləşmiş ərab əmirliklarinin Dubay amirliyində yerləşən Böyük Britaniyanin 'Heriot Watt' universitetinin Dubai campusunda 20 yanvar faciəsinin 24-cu il dönümünə həsr olunmush tədbir kecirilib.Tədbir 'Heriot Watt' universitetinin "Azərbaycan Tələbə Cəmiyyatinin" sədri Cahangir Budagov və sadr müavinlari Mövlan Aliyev, Fərid Məmmədov tərəfindən hayata kecirilmişdir.
Görüş zamanı 24 il əvvəl SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycanda törədilən 20 yanvar faciəsi ilə bağlı məlumat verilib. Həmin hadisələrin Azərbaycan xalqına qarşı terror aktı olduğunu bildirilmişdir. "Azərbaycan Tələbə Cəmiyyətinin" sədri 20 yanvar tarixinin hüzn günü olmaqla yanaşı həmçinin Azərbaycan xalqı üçün qürur günü olduğunu vurğulayıb, həmin hadisələrin Azərbaycan Respublikasının müstəqillik əldə etməsindəki əhəmiyyətindən danışıb. O, 20 yanvar hadisələrinin ertəsi günü o zaman Moskvada olan ümumilli lider Heydər Əliyevin Azərbaycanın o zamanki SSRİ paytaxtındakı daimi nümayəndəliyinə gəldiyini və bu qanlı hadisənin təşkilatçılarını ittiham etdiyini, bu faciədə əli olan hər kəsin qanun qarşısında cavab verəcəyini bəyan etdiyini qeyd edib.
Cahangir Budagov 20 yanvar hadisələrinə siyasi qiymətin Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 29 mart 1994-cü ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sədrliyi ilə keçirilmiş iclasında verildiyini bildirib, həmin qərara əsasən hər il 20 yanvar tarixinin Ümumxalq hüzn günü kimi qeyd olunduğunu vurğulayıb. Daha sonra keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və bunun nəticəsi olaraq Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal edildiyi söyləyib və Azərbaycan torpaqlarının hələ də işğal altında qaldığını bildirilib.
Daha sonra tədbir iştirakcilarina Azərbaycan haqqinda qisa informasiya verilib. Azərbaycanin əhalisi, coğrafi mövgeyi,dövlat guruculuğu, tarixi, mədəniyyati hagginda slaydlarla təkil olunmuş prezentasiya nümayiş olunub.
Tədbirdə coxsayli xarici tələbələr,universitetin müəllim va rəhbər kollektivi iştirak edib.
Böyütmək üçün şəkillərə klikləyin:
















Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре