Qanvermə aksiyası uğurla davam edir - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Аzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun prioritet elan etdiyi sahələrdən biri də gənclərin fiziki sağlamlıqlarının təmin olunmasıdır. Bu məqsədlə son zamanlar cəmiyyətimizdə yayılmaqda olan və ciddi aktual problemə çevrilən talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənc şəxslərə yardım göstərilməsi sahəsində Fond tərəfindən sosial kampaniya başlanmışdır. Bu sahədə gənclərin fəallığını təmin etmək və sosial maarifləndirmə işlərini regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu ölkəmizin 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirməyi nəzərdə tutmuşdur.
Artıq aksiya Hacıqabul, Bərdə, Mingəçevir, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Gəncə və Tovuzda keçirilmişdir. Aksiyalarda Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və digər nümayəndələr iştirak edirlər. Xüsusilə gənclərin fəallığı ilə keçirilən aksiyalar əhali tərəfindən rəğbətlə qarşılanır.
Qeyd edək ki, aksiyalar Göygöl və Xaçmazda davam edəcəkdir. Nəzərinizə çatdıraq ki, Azərbaycan Gənclər Fondu tərəfindən layihə çərçivəsində hazırlanmış Fəxri Donor Kartları qan verən bütün aksiya iştirakçılarına paylanmışdır. Donor kartları vasitəsilə ümumi məlumat bazası hazırlanacaq və gələcəkdə donorlara müraciət etmək imkanı yaradılacaqdır.
Böyütmək üçün şəkillərə klikləyin.Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре