Bakıda Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirmişdir – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, İtaliya, Ukrayna, Polşa, Gürcüstan, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Bakı şəhərində 3-8 İyul Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirmişdir.

Qeyd edək ki, AGAT tərəfindən məktəb çərçivəsində "Siyasətçinin kommunikasiya bacarıqlarının artırılması və diplomatiyada ünsiyyət" adlı sessiya keçirdi. Panelin qonaqları AR Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev, biznes etika üzrə beynəlxalq təlimçi Günel İbrahim və teleaparıcı Ceyhun Əli oldular. Panel çərçivəsində siyasətçinin jestləri, onlarla düzgün davranma, kommunikasiyada jestlərin vacibliyi üzrə Günel İbrahim və Ceyhun Əli qeyri-formal təhsildən istifadə edərək geniş məlumat verdilər.

Daha sonra tədbirin xüsusi qonağı AR Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev diplomatın danışıqlarda uğur qazanmasının yolları, danışıqlarda diplomatiya və onun mühümlüyü barədə məruzə etdi. Sessiya avropalı gənc siyasətçilər tərəfindən maraqla qarşılandı.

Sessiyadan sonra 9 ölkənin gənc siyasətçilər öz ölkələrinin siyasi və mədəni təqdimatlarını keçirtdilər.