https://news.day.az/society/504993.html
Bakıda biabırçı avtobus - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Bakının nəqliyyat sisteminin bərbad vəziyyətdə olmasını göstərən növbəti fakt əldə etdik. Paytaxt üzrə 142 saylı marşurut xətti ilə işləyən avtobusda sürücülər sərnişinləri insan deyil, yük kimi daşıyırlar. İritutumlu avtobusda çəmi 4 oturacaq var, yerdə qalanları çıxarılıb. Oxucular Milli.Az-a yazır ki, sürücülər oturacaqları çıxarmaqla sərnişinləri təhqir edirlər:
"Bizi kartof kimi daşıyırlar. Bir tormozla sərnişinlər bir-birinin belinə minir. Avtobuslar arasındakı interval isə 50 dəqiqədir. Sürücülər isə avtobusu kofe içərək, siqaret çəkə-çəkə idarə edirlər".
Həmin marşrutun sahibkarı olan "İsmayıloğlular" şirkətinin rəhbəri Qurban İsmayılov Milli.Az-a belə bir halın olmasını mümkünsüz saydı: "Belə bir hal ola bilməz. Kim onlara icazə verir ki, avtobusdan oturacaq çıxarsınlar? Əgər belə bir hal olsa belə, araşdırılıb tədbir görüləcək".
Anar Məmmədov
Böyütmək üçün şəkilə klikləyin:

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре