https://news.day.az/world/611087.html
Türkiyə şəhidlərini dəfn edir: baş nazir ağladı - VİDEO - FOTO
Türkiyənin Hakkari vilayətindəki Dağlıca bölgəsində kürdlərin terrorçu PKK təşkilatının yola minalar və fuqaslar düzərək partlatması nəticəsində şəhid olmuş 16 əsgərin cənazərələri bu gün Van şəhərinə aparılıb. Vanda şəhid tabutları təyyarədən təntənəli mərasimlə endirilib.
Milli.Az Hürriyet-ə istinadən bildirir ki, mərasimə Türkiyənin baş naziri Ahmet Davutoğlu da qatılmışdı. Ə.Davutoğlu çıxışında deyib: "Allah şahid olsun ki, əmanətiniz əmanətimizdir! Bu millətin, bu vətənin birliyi üçün tökülən hər qanın hesabı soruşulacaq. Məkanınız Çanaqqala şəhidlərinin məkanı, Sarıqamış şəhidlərinin məkanı olsun. O məkanı rəbbim bizə də nəsib etsin. Allah varlığımızı, birliyimizi daim, vətənimizi baqi etsin. Allaha əmanət olsun. Bayrağınız əmanətiniz bundan sonra da ürəyimizdədir. Ruhunuz şad olsun!"
O, çıxış edərkən göz yaşlarını saxlaya bilməyib. Mərasimdən sonra şəhidlərin nəşləri İlker Çelikcan, Özgür Yatakdere, Tolga Artuğ, Adnan Ergen, Tayfur Hançer, Çavuş Mustafa Özdemir, Cihan Askarı, Fatih Duru, Cemre Salih Gözen, Uğur Yıldız ata evlərinə göndəriləcəklər. Şəhidlər Okan Taşan, Deniz Göçkün, Tayfur Hançer, Harun Saltalı, Resul Çoşkun, Muharrem Öksüzün cənazələri isə səhər saatlarında Ankara Ədliyyəsinin Morquna göndərilib.
Böyütmək üçün şəkillərə klikləyin.

Videonu izləmək üçün şəklə klikləyin:

Day.Az представляет новость на азербайджанском языке.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре