Tarixdə ən tanınmış liderlərdən olan Adolf Hitler kimdir? – ARAŞDIRMA

Day.Az представляет новость на азербайджанском языке
"Böyük insanların fikirlərinə müasirlərinin xəyalları belə çatmır. Onlar fikir və ideallar üçün mübarizə aparmaqdan çəkinmirlər"-bu sözlərin müəllifi Adolf Hitlerdir. Bəzilərimiz onu 'İkinci dünya müharibəsi'nin banisi, nasizimin yaradıcısı, ən qəddar diktator, bəzilərimiz isə XX əsrin ən güclü siyasətçisi kimi tanıyırıq.
Yaxşı, bəs Adolf Hitler deyəndə ağlınıza nə gəlir? Məsələn; bu adı eşitdiyiniz zaman qəzəb hiss edirsinizmi? Ən az 5,5 milyon insanın ölümünə səbən olan Adolf Hitler, minlərlə insanın həyatını zəhərlədi və yaddaşında heç vaxt unudulmayan minlərlə anı buraxdı. Nazi dövrü haqqında sənədli filmləri izləyərkən bir daha onu lənətliyirsinizmi? Çox güman ki, bu suallara 'bəli' cavabını verirsiniz, amma Adolf Hitler haqqında daha çox öyrəndikdən sonra bir daha bu sualları düşünün.
Tarixdə ən tanınmış liderlərdən olan Adolf Hitler kimdir?
Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriyada doğulub. Məlum olanın əksinə, o, Alman deyil, Avstryalıdır. Hitler bir çox uğursuzluqlar və itkilər yaşamışdır. 13 yaşında atasını itirən Adolf anasının narahatlığına görə maddi sıxıntı çəkirdi. (1907-ci ildə)Tək gəlir yeri isə atasından qalan yetim əmək haqqı idi. Atasının ölümündən 5 il sonra isə anasını itirib. O, anasına çox bağlı olub. Belə ki, anası öləndə o qədər kövrəlib ki, anasının müalicəsilə maraqlanan həkim hələ belə üzgün adam görmədiyini deyib.
16 yaşında orta təhsilini başa vursa da buraxlış imtahanlarından kəsilir. Orta məktəbdə çox zəif oxumasına baxmayaraq, yaxşı rəssamlıq qabiliyyəti olduğuna görə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəyir. Lakin akademiya tərəfindən ona rəssamlığa yararsız olması izahatı ilə iki dəfə (1907, 1908) rədd cavabı verilir. Ancaq öz istedadını daha çox memarlıq sahəsində göstərə biləcəyi tövsiyəsini alır. Sonradan üzləşdiyi maliyyə problemləri və imtahanlara lazımınca hazırlaşa bilməməsi onun memarlıq
məktəbinə imtahan verməsinə imkan vermir.
Yəhudi düşmənliyinin təməlləri Vyanada olduğu dövrdə atılan Hitler, burada Lanz von Liebenfelsin antisemitizm ilə əlaqədar yazılarından, Karl Leuger ilə Georg Ritter von Schönerer kimi siyasətçilərin düşüncələrindən çox təsirlənmişdir. (Bəzi mənbələrə görə Adolfun yəhudilərdən nifrət etmə səbəbi anasını müalicə edə həkimin yəhudi olması və anasının ölümündə onu günahlandırması, bir qismə görə isə ona rəssam ola bilməyəcəyini deyən müəllimin yəhudi olmasıdır.) Yəhudilərin Ali İrqin təbii düşmənləri olduğunu iddia etməyə başlayan Adolf Avstriyadakı böhrandan da onları məsul tutmuş, belə düşüncələrlə, 1912-ci ildə cibində qalan son puluyla Münihə gedən Hitler, arxitekturayla və Houston Stewart Chamberlainin yazılarıyla maraqlanmışdır.
1914-cü il... Birinci dünya müharibəsi öz fəlakətlərini hər yerə yayır. Adolf isə sevdiyi ölkənin müdafiəsi üçün könüllü olaraq cəbhəyə yollanır. Hitler, ordu qəzetinə katikaturalarda çəkmişdir. Müharibə zamanı öncə ayağından yaralanır və hospitala aparılır. Sonra bir müddət gözü kor olur. Orduda olmaq istəməsinə baxmayaraq, müxtəlif səbəblərdən (liderlik özəllikləri lazımlı səviyyədə olmadığı üçün ,həmçinin, alman vətəndaşı olamadığı üçün) rütbəsi yüksəltilməyən Hitler alman vətəndaşı olmasada, ehtiraslı alman millətçisiydi. Hospitalda olarkən -1918-ci ildə Almaniya təslim olduğu üçün böyük bir kədər yaşadı və Versal Müqaviləsinin ağır müddəalarına şiddətlə qarşı çıxdı. 1920-ci ildə ordudan təxris olunan Hitler və onun rəhbərləri Alman İşçi Partiyasında daimi iştirak etməyə başladılar. O, tez bir zamanda başçı səviyyəsinə qədər yüksəldi. Onun təşəbbüsü ilə 1919-cu ildə partiyanın adı dəyişdirilərək "Nasional Sosialist Alman Fəhlə Partiyası" (Nationalsozialistische Deutsche Arbeiterpartei, NSDAP) adlandırılır. Partiyadakı tərəfdarları alovlu çıxışlarına və qətiyyətliliyinə görə Hitlerə "Fürer" (alm. führer- rəhbər) ləqəbi verirlər.
1923-cü ildə Hitler və tərəfdarları Lüdendorf silahlı hücum dəstələrinin başında Bavariya hökuməti rəhbərlərinin mitinqinin keçirildiyi Münhenin "Bürgerbroykeler" pivəxanasına gəldilər. İçəri girən Hitler "Berlindəki xain hökumət"in devrildiyini elan etdi.
-Nobel mükafatını qadağan edən Hitler, daha sonra Alman Milli İncəsənət və Elm mükafatını yaradıb.
-25 fevral 1932-ci ildən sonra Alman vətəndaşı olub
-Henri Ford-a heyran olan Adolf Hitler'in otağında Fordun bir portreti var idi.
-Xroniki şişkinliyi olan Adolf Hitler, bunun üçün 28 fərqli dərman istifadə edib.
-Bığlarını qaz maskasının üzünə uyğun olması üçün kəsilməsini istəyib.
-Onun çox sevdiyi Blondie adlı iti də olub.
-Hitlerin 2 vəsiyyətnaməsi olur. 1-siyasi: hansı ki, yəhudilərə və bolşeviklərə qarşı mübarizədə özünü haqlı sayır ,hətta, bolşevikləri "dünya üçün zərərli" olaraq qiytləndirir. Müharibədə uduzmalarının səbəbini isə satqın generallarda görür. İkinci vəsiyyətnamə isə, Hitlerin şəxsi vəsiyyətnaməsidir. Bu vəsiyyətnamədə o bütün həyatı boyunca topladığı şəxsi sənət əsərlərinin hamısının toplanaraq doğulduğu şəhər olan Linzdə bir muzey açılaraq bu muzeydə sərgilənməsini istəmişdir. Özünün bütün şəxsi mallarını isə, partiyasına, əgər partiyası qalmamışdırsa, onda dövlətə vəsiyyət etmişdir.
-Walt Disney fanatı olan Hitler üçün Snow White, dünyanın ən gözəl filmlərindən biri olub.
Mənə görə Adolf Hitler sadəcə dəli kimi sevdiyi bir ölkənin alçaldılmasının qisasını alan siyasətçi və tarixi liderdir. Nəticədə diktator haqqında məlumatlarla dolu məqalənin sonuna çatdıq. Və Hitler haqqında şərhinizi ala bilərik. Bəli, nə düşünürsünüz? Məsələn; Adolf Hitlerin kim olduğunu soruşduqda, onunla bağlı heç bir şey bilməyən bir kəsə nə cavab verdiniz?
Sonda isə sözlərimi "Mayn kampf"-ın ilk cümləsilə bitirmək itstərdim: "Tale məni 2 alman dövlətinin sərhəddindəki bir qəsəbədə-Braunau am Inn-də dünyaya gətirib"
Mənbə: Ordan-burdan.com
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре