https://news.day.az/azerinews/1081899.html Unikal kadrlar: tələbə qız milyonları heyran etdi - VİDEO

Unikal kadrlar: tələbə qız milyonları heyran etdi - VİDEO

Azərbaycanca, 15 января 2019 11:31 (UTC +04:00) 2 173
Unikal kadrlar: tələbə qız milyonları heyran etdi

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Lors-Anceles şəhərindəki Kaliforniya Universitetinin tələbəsi, 21 yaşlı Keytlin Ohasi sosial şəbəkələrin yeni ulduzudur. Bədii gimnastika ilə məşğul olan Keytlin fenomenal hərəkəti ilə milyonların rəğbətini qazanıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, Anahaym şəhərində tələbələr arasında keçirilən "Collegiate Challenge" gimnastika turnirində Keytlin Ohasi fərdi yarışda çıxış edib.

Pop kralı Maykl Ceksonun  və "Earth Wind and Fire" qrupunun mahnılarının sədası altında təmrinlərin icrasına başlayan Keytlin çıxışının sonunda hoppanaraq yana açılmış ayaqları üstə düşüb.

Bu isə gimnastikada çox çətin və unikal hərəkət sayılır.

Keytlinin çıxışının videosuna sosial şəbəkələrdə indiyədək 14 milyon dəfə baxılıb.

Keytlin ötən ilin fevralında məşhurlaşmışdı. NCAA Gymnastics onun çıxışını YouTube kanalında paylaşandan sonra videoya 561 min dəfə baxılmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Unikal kadrlar: tələbə qız milyonları heyran etdi

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости