Rəşad serrozdan ölən Aydın Xırdalanlı ilə FOTOsunu paylaşdı

Bu gün mərhum meyxanaçı Aydın Xırdalanlının (Aydın Quliyev) doğum günüdür.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, Aydını yad edənlərdən biri məsləkdaşı Rəşad Dağlı olub.

Rəşad Aydınla birgə çəkdirdiyi arxiv fotosunu sosial şəbəkə hesabından paylaşaraq "Allah sənə rəhmət eləsin" şərhini yazıb.

 

Qeyd edək ki, 31 iyul 1977-ci ildə Xırdalanda dünyaya göz açan Aydın Xırdalanlı (Aydın Quliyev) keçən il qara ciyər serrozundan dünyasını dəyişib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.