Rəşad Dağlı boşanır? - Qardaşı da DANIŞDI

17:27

"Bu xəbər yalandır. Bilmirik bunu kim, nə məqsədlə yayıb. Amma şayiədən başqa bir şey deyil".

Day.Az xəbər verir ki, bu sözləri haqqında boşanma xəbəri yayılan meyxanaçı Rəşad Dağlının qardaşı Ağa Əmirov News24.az-a açıqlamasında deyib. 

O bildirib ki, yayılan xəbərin heç bir əsası yoxdur: "Qardaşım xanımı ilə bir yerdədir. Ailəsində də hər şey qaydasındadır. Rəşad tanınmış adamdır. Bir istəyəni varsa, beş də istəməyəni, gözü götürməyəni var. Bu xəbəri yayanlar qardaşımı istəməyəndir. Onların məqsədi Rəşadın ailəsində söz-söhbət salmaqdır".

Ağa Əmirov bildirib ki, boşanma haqda yayılan əsassız xəbərlər onun övladlarına çox pis təsir edib: "Qardaşımın iki balası var. 

Oğlu birinci sinifə gedir. Uşağın sinif yoldaşları var. İndi nə yazılsa internetdə çıxır. Uşaq da o xəbərləri oxuyur. Belə xəbərlər ona pis təsir edir, psixologiyasını pozur".

Ağa Əmirov Nailə Süleymanzadənin boşanma ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciətinin də yalan olduğunu bildirib: "Bu da uydurmadır. Başqa nə deyəcəklər? Ailə münaqişəsi-filan deyib camaatı inandırmaq istəyəcəklər də..." 

-----------

15:18

Həyat yoldaşı meyxanaçı Rəşad Dağlıdan boşanır.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, Nailə Süleymanzadə bununla bağlı artıq məhkəməyə müraciət edib.

O, Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Əmirov Rəşad Vaqif oğlundan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirib.

Qeyd edək ki, cütlük 2010-cu ildə ailə qurub. Onların Vaqif adlı övladı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.