Holcim sementini alın və hər bağlamaya görə Umico-dan keşbek qazanın

Alış-veriş siyahınızda sement varsa, bu xəbər sizin üçündür. Holcim-dən olan Qaradağ Special, Qaradağ Optimal və Qaradağ Sprint sementlərinin hər bağlamasında sizi Umico-dan 0.30 AZN keşbek gözləyir. Umico bonuslarını qazanıb təmirinizi sərfəli şəkildə edə biləcəksiniz, tikinti materiallarının keyfiyyətinə də arxayın ola bilərsiniz. 

Holcim-dən hər bir sement bağlaması sizə bonus gətirir  

Qaradağ Spesial, Qaradağ Optimal və Qaradağ Sprint sementinin hər bir paketində 0,30 AZN keşbek qazanmaq imkanını verən Umico-nun promo QR kodu var. Məhz bu tikinti materialını seçin və təmir işlərini mənfəətlə həyata keçirin. Keşbek qazanmaq çox asandır - sadəcə Umico mobil tətbiqində QR kodu skan edin.

Bonusları necə qazanmaq olar?  

1. Holcim sement torbasını açın, içərisində Umico-nun promo QR kodunu tapacaqsınız.
2. Mobil tətbiqi açın. əsas səhifədə və ya "Bonus" bölməsində "Skan etmək" düyməsini tıklayın. 
3. Ekranın aşağı hissəsində yerləşən "Promo kod" düyməsini tıklayın və Umico skanerindən istifadə edərək bağlamadakı QR kodu skan edin. 
4. Bonuslarınız QR kodu skan etdikdən dərhal sonra köçürüləcəkdir. Bir QR kod yalnız bir dəfə istifadə oluna bilər. 

Umico ilə hələ də tanış deyilsinizsə, tətbiqi App Store, Google Play və ya AppGallery-dən yükləyə bilərsiniz

Təmir və tikinti üçün seçin

 Qaradağ Optimal М300 -. tikinti məhlulları üçün sement. Daş hörgüləri, kərpic arakəsmələri, daxili suvaq üçün uyğundur. Torbalar 40 və 50 kiloqramlıq olur. Optimal sementinin bir torbası ilə 6 kv.m düz səthi 2-2,5 sm qalınlığında suvaq etmək olar.

 Qaradağ Special М400 - ümumi tikinti sementi. Yüksək dərəcəli möhkəm işlər, şəxsi evlərin tikintisi, xarici suvağı üçün uyğundur. Torbalar 40 və 50 kiloqramlıq olur. İsveçrə keyfiyyət formulası.

 Qaradağ Sprint М500 - yüksək davamlılıq üçün. Küçələrə döşənilən daşlar və üzlük daşları üçün, ilin istənilən vaxtında (xüsusilə qışda) betonlamaq üçün uyğundur. Sementin yüksək davamlılığı sayəsində qüsursuz nəticələrə zəmanət verilir. 

Holcim - zamanın və mütəxəssislərin sınağından keçmiş keyfiyyət 

2015-ci ildə Holcim Azərbaycan dünya inşaat materialları istehsalçısı LafargeHolcim (LH) şirkətinin bir hissəsinə çevrildi, dünya markasının tarixi 180 ildir. Ən böyük sement istehsalçısı olan Holcim, materialları ilə həmişəlik inşaat etməyinizi təmin edir. Holcim sementi son dərəcə davamlıdır və müxtəlif tikinti işləri üçün idealdır: tökülən təməllərdən divarların suvanmasına kimi.  

Holcim sementinin üstünlükləri: 

  • 180 illik beynəlxalq LafargeHolcim təcrübəsi; 
  • İsveçrə, Fransa və ABŞ-ın aparıcı laboratoriyalarında testlər  
  • keyfiyyətə gündəlik tam nəzarət; 
  • daim təkmilləşdirilən və ən yenilikçi məhsullar  

Keyfiyyətin digər zəmanəti mütəxəssislərin etibarındadır. Holcim sementi bir çox məşhur binaların tikintisində istifadə edilmişdir. Məsələn, "Quş yuvası" adlanan Pekin Milli Stadionu, Londonun ən yüksək göydələnlərindən biri olan Bishopsgate 22 (278 metr), ABŞ-ın ən böyük hidroelektrik stansiyası olan Qrand-Kuli, Baku Tower, Flame Towers, Baku Crystal Hall, Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya Stadionu.

Umico ilə bonuslar qazanın 

İlk dəfə olaraq Azərbaycanın keşbek qazana biləcəyiniz bütün şirkətləri bir mobil tətbiqdə. Artıq bir çox bonus kartlarını özünüzlə daşımağa ehtiyac yoxdur. Umico Bonus universal elektron bonus kartdır. Onun köməyi ilə Azərbaycanın ən böyük şirkətlərində Umico bonusları ilə (1 bonus = 1 AZN) keşbek qazana bilərsiniz. Bunların arasında supermarket şəbəkələri, böyük mağazalar, restoranlar, kafelər, yanacaqdoldurma məntəqələri və digərləri var. 

Keşbek qazanmaq üçün sadəcə mobil tətbiqi yükləyib mobil telefon nömrənizlə Umico-da qeydiyyatdan keçməlisiniz və daha sonra Umico tərəfdaş şirkətlərində alış-veriş edərkən bonus kartınızı göstərməlisiniz.

Umico-nu Google Play-də və AppStore-da yükləyin, sizə lazım olanı vaxtında tapın və sərfəli qiymətə alın. 

Təmir və tikinti Umico və Holcim ilə daha sərfəli olacaq.