Mingəçevirdə siqaret üstündə kütləvi dava: Ölən var - FOTO
Day.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi 11 ünvanda üç nəfər arasında dava düşüb.
Nəticədə 1960-cı il təvəllüdlü Rizvan Məmmədov və onun dayısı, 1955-ci il təvəllüdlü Eldar Abbasov döyülüb.
Ağır xəsarətlər alan hər iki şəxs xəstəxanaya çatdırılsa da, onlardan Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən xəstəxanada ölüb.
Bildirilib ki, naməlum şəxs küçədə dayı və bacıoğluna yaxınlaşaraq, onlardan siqaret istəyib. Onlar həmin şəxsə 1 ədəd siqaret veriblər. Lakin o, bütöv qutunu tələb edib.
Nəticədə onların arasında mübahisə düşüb.
Hazırda hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər görülür.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре