Şəhid övladı Şuşada ad gününü qeyd etdi

Müdafiə Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə Şəhid analar və övladları İsa Bulağına səfər ediblər.

Day.Az Milli.Az-a istinadən bildirir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov da Tvitter hesabında paylaşıb edib.

"Səfər edənlərin arasında bu gün 9 yaşı tamam olan Əli Hacıyev də var. Şəhid mayor Ramid Hacıyevin oğlu deyir ki, atamın sayəsində Şuşada ad günümü keçirirəm", - deyə M.Abbasov qeyd edib.