"Vəfasız və diqqətsizəm" - Elton ailəsi haqda
"İstiqanlı insan olmamışam. Fəxri ad alan elə sənət dostlarım var ki, heç onlara zəng etməmişəm. Bir həftə, bir ay sonra görüşəndə təbrike tmişəm. Həmin adama onu etməmişəmsə, niyə umum? İlk mənə Ayaz Qasımov təbrik etdi".
Day.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev "Səhər mərkəzi" proqramında deyib. Sənətçi fəxri ad alması haqda danışıb. Müğənni həmin gün ona zəng edən və təbrik etməyən həmkarlarından danışıb.
Ailəsindən bəhs edən Elton "Onların sevgisinə heç tam layiq deyiləm. Soyuq insanam, diqqətsizliklərim olur. Vəfasızlığım olur. Amma sadiqlik, mətinlik, dönməzlik var. Ailədən başlayaraq, dostlarıma qədər hamısı mənə Allahın nemətidir" sözlərini əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре