Azərbaycan-NATO tərəfdaşlığı müzakirə olunub

13 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin meydana gələn təhlükəsizlik təhdidləri üzrə köməkçisinin müavini Ceyms Appaturay ilə görüşüb.

Bu barədə Nümayəndəlikdən Day.Az-a bildirilib.

Görüşdə tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, enerji və kiber təhlükəsizlik, hibrid təhdidlər, habelə mühüm enerji infrastrukturlarının mühafizəsi ətrafında müzakirələr aparıb.