https://news.day.az/azerinews/1545528.html
Bakıdakı atışmada 3 nəfər saxlanılıb - RƏSMİ
Bakıdakı atışmada 3 nəfər saxlanılıb - RƏSMİ

Bakıdakı atışmada 3 nəfər saxlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən 1 ədəd cinayətdə istifadə olunan "Ruger" markalı tapança götürülüb.
Əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu gün paytaxtın Nəsimi rayonu ərazisində atışma baş verib. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре