Azərbaycanı mina ilə "çirkləndirənlər" niyə cəza almır?

"Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" adlı beynəlxalq konfransda gedən müzakirə və mülahizələr Azərbaycanın bəşəriyyətə müstəsna əhəmiyyətli yeni strategiya təqdim etdiyini bir daha sübut etdi.

Bunu Trend-ə açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin konfrans içtirakçılarına müraciətində " tək Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edən məsələnin müzakirəyə çıxarıldığını qeyd etməsi təsadüf deyil, Azərbaycanın təhlükəsiz və humanist dünya konsepsiyasına həqiqətən böyük töhfələr vermək gücündə və istəyində olduğunu təsdiqləyir: "Konfrans iştirakçılarının fikir və təhlilləri qəti nəticəyə əsas verdi ki, Ermənistanın Azərbaycana hələ davam edən mina təcavüzü beynəlxalq diplomatik və ictimai rəydə aydın bir mövzu kimi artıq özünə möhkəm yer tutub.

Prezident İlham Əliyevin konfransa müraciəti həm konfransın işinə daha konkret yönüm vermək baxımından , həm də dünyanın mina təhlükələri ilə mübarizə tarixində əhəmiyyətli faktdır.

Prezidentimizin məktubunda Ermənistanın ölkəmizə təcavüz tarixi boyu apardığı "mina təcavüzünün " bütün anatomiyası açıldı. Konfrans iştirakçıları və dünya dairələri Ermənistanın ərazilərimizdə 1.5 milyondan çox mina basdırdığını , azı 3500 vətəndaşımızın mina qurbanına çevrilməsini daha eşitdilər. Ermənistanın mina təcavüzü faktlarının dünyaya təqdim edilməsi təkcə Azərbaycanın probleminin beynəlmilləlləşdirilməsi baxımından əhəmiyyətli deyil.Bu həm də dünyaya o müsajı verir ki, Azərbaycan bu problemlə ən çox təsirlənmiş ölkə olaraq dünyanın mina təhlükəsindən sığorta edilməsinə ciddi cəhdlər göstərir və töhfələr verməyə çalışır.

Prezidentin məktubu Ermənistanın mina təcavüzünün mahiyyətini və hədəflərini ifşa etməkdə böyük əhəmiyyət daşıyır.Daha çox insanın mina qurbanına çevrilməsi, azərbaycanlıların qayıdışının əngəllənməsi və azad rayonların böyük potensiallarından istifadənin ləngidilməsi Ermənistanın mina strateqlərinin əsas hədəfləridir. Prezident bu aspektdə Ermənistanın hətta Vətən nüharibəsindən sonra da ərazilərimizə mina basdırmağı davam etdirməsini konkret hədəflərə baxaraq xatırlatdı.Ermənistan 10 noyabr razılaşmasından sonra ərazilərimizə özünün 2021- ci il istehsalı olan əlavə 2700 ədəd mina basdırması planlaşdırılmış təcavüz siyasətinin bariz nümunəsidir. Prezidentimizin məktubunda məhz müharibədən sonra 302 vətəndaşımızın mina qurbanı olmasını xatırlatması Ermənistanı bir neçə istiqamətdə ifşa edən faktdır. Göstərildi ki, Ermənistan sivil azərbaycanlılardan qisas almaqdan çəkinmir,Azərbaycana daha çox insan itkisi və dağıntılar bəxş etmək istəyir, mina təcavüzünün hələ üzün müddər davam etdirilməsi üçün minalanmış ərazilərin xəritələrini Azırbaycana verməkdən imtina edir. Prezident Əliyev Azərbaycanın minalardan təmizlənməsi işinin əsasən milli imkanlarla aparıldığını qeyd etdi.İlham Əliyev bununla həm də bu bəşəri əhəmiyyətli işdə Azərbaycana lazımı dəstəyi verməyən bəzi dünya qüvvələrinə əsaslı eyhamlarını da çatdırdı" .

Ekspert bildirib ki, Prezident "Azərbaycanı minalarla ən çox çirklənmiş ölkələrdən biri" adlandırmaqla dünyanı minalarla daha sıx kollektiv mübarizəyə səslədi və bu mübarizəyə böyük faydalar vermək istədiyini nümayiş etdirdi.Prezident məntiqi olaraq dünyaya mesaj verdi ki, təcavüzkarlar cəzalandırılmasa mina təhlükələri daimi mövcud olacaq: "Prezident Əliyevin ən təsirli mesajı bu oldu ki, təcavüzkarla təklikdə uğurlu mübarizə sonadək mümkün olmadığı kimi, mina təhlükələri ilə sonadək təklikdə uğurlu mübarizə də mümkün deyil.

İlham Əliyev konfransda dünyanı hələ çox illər təsirləndirə və yönəldə biləcək təkliflər də verdi.Minalardan ən çox təsirlənmiş ölkələrin Təmas Qrupunun yaradılması və Minalardan təmizlənmənin 18- ci Dayanıqlı Milli inkişaf məqsədi kimi qəbul edilməsi Azərbaycan Prezidentinin dünyaya yeni mütərəqqi fəaliyyət təmayülləri təqdim etməsi kimi əhəmiyyətlidir.Daha doğrusu, Azərbaycan Prezidenti gələcək nəsillərə daha təhlükəsiz dünya miras etmək üçun ən səmərəli konsepsiya təqdim etdi.Azərbaycanın erməni mina təcavüzünə qarşı mübarizəsinin iki mühüm hədəfi prezidentin məktubunda aydın ifadə edildi- həm Azərbaycanı, həm də dünyanı bu bəladan qorumağın ən səmərəli mexanizmlərini yaratmaq".