Birinci vitse-prezident Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Milli Məclisin deputatı Qənirə Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürülüb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında deputatın əmisi Qəzənfər Paşayev deyib.

O bildirib ki, Qənirə Paşayevanın dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda olacaq.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində vəfat edib.