"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq

"Avroviziya 2024"də ölkəmizi təmsil edəcək Fahree və İlkin Dövlətov artıq ikinci məşqlərini ediblər.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçılarımız "Özünlə apar" mahnısının səhnə şousundan 30 saniyəlik görüntülər ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, finalı isə 11 mayda olacaq.

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.