"Koroğlu” metrosunun çıxışındakı nəqliyyat mübadilə mərkəzi ləğv ediləcək?

"Koroğlu" metrostansiyasının cənub çıxışında yeni nəqliyyat mübadilə mərkəzinin yaradılması metronun şimal çıxışında hazırda mövcud olan nəqliyyat mübadilə mərkəzinin ləğvini nəzərdə tutmur.

Bu barədə Day.Az-a Azərbaycan Yerüstü Nəqliyat Agentliyindən məlumat verilib.

"Mövcud nəqliyyat mübadilə mərkəzi öz fəaliyyətini davam etdirəcək və sökülməyəcək.

Yeni mübadilə mərkəzi sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi və ictimai nəqliyyata əlçatanlığın artırılmasına xidmət edəcək", - agentlikdən qeyd edilib.