https://news.day.az/azerinews/1670832.html
Sumqayıtda təmir sexi və iki maşın yandı
Sumqayıt şəhərində yanğın olub.Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Yüksək temperaturdan sexin xarici divarına quraşdırılan 1 ədəd kondisionerin mühərrik hissəsi və boksların giriş-çıxış kabelləri 100 p.m yanıb. Boksların qalan hissəsi yanğından mühafizə olunub.
Sumqayıtda təmir sexi və iki maşın yandı

Sumqayıt şəhərində yanğın olub.
Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhərində ümumi sahəsi 495 m² olan 11 boksdan ibarət avtomobil təmiri sexinin yaxınlığında 300 m² qamışlıq sahə, 2 ədəd "Hyundai" markalı avtobusun yanar hissələri qismən, sexin taxta atmaları və lambirdən ibarət tavanı 50 m² sahədə yanıb.
Yüksək temperaturdan sexin xarici divarına quraşdırılan 1 ədəd kondisionerin mühərrik hissəsi və boksların giriş-çıxış kabelləri 100 p.m yanıb. Boksların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре