https://news.day.az/azerinews/1679500.html
36 yaşlı kişi faciəvi şəkildə öldü
Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi vəfat edib. Day.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Tayıflı kəndinin inzibati ərazisindəki meşə zolağında baş verib. Oğuz rayon sakini 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramovun üzərinə ağac düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F.
36 yaşlı kişi faciəvi şəkildə öldü

Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi vəfat edib.
Day.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Tayıflı kəndinin inzibati ərazisindəki meşə zolağında baş verib. Oğuz rayon sakini 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramovun üzərinə ağac düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F. Bayramov komatoz vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxansına (RMX) yerləşdirilib. F. Bayramov xəstəxanaya yerləşdirildikdən bir qədər sonra vəfat edib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре