Tağı Əhmədov dəfn edildi - FOTO

"Bakı Metropoliteni" QSC-nin sabiq sədri Tağı Əhmədov dəfn edilib.
Day.Az xəbər verir ki, mərhumun nəşi Əhmədli qəbiristanlığına torpağa tapşırılıb.
11:36
"Bakı Metropoliteni" QSC-nin sabiq sədri Tağı Əhmədov ilə vida mərasimi keçirilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, vida mərasimində ailəsi, dostları, ayxınları, ictimaiyyət və media nümayəndələri iştirak edib.
Mərasimdən sonra mərhumun nəşi dəfn edilmək üçün Əhmədli qəbristanlığına aparılıb.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin sabiq sədri Tağı Əhmədov 75 yaşında vəfat edib.
Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.
O, 1998-2014-cü illərdə "Bakı Metropoliteni"nin rəisi vəzifəsində çalışıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре