https://news.day.az/azerinews/1710254.html COP29 zolaqları ilə bağlı MÜHÜM XƏƏBR - Bu gündən... - RƏSMİ Bu gündən COP29 zolaqları qüvvədən düşüb. Day.Az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işləri icra edilib. Yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunur.

COP29 zolaqları ilə bağlı MÜHÜM XƏƏBR - Bu gündən... - RƏSMİ

Azərbaycanca, 25 ноября 2024 09:47 (UTC +04:00) 618
COP29 zolaqları ilə bağlı

Bu gündən COP29 zolaqları qüvvədən düşüb.

Day.Az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işləri icra edilib.

Yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunur.

Qeyd edək ki, ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş COP29 xüsusi hərəkət zolaqları nəqliyyat əməliyyatlarının səmərəli təşkilinə, tədbir iştirakçılarının maneəsiz, təhlükəsiz və zamanında tədbir məkanlarına çatmasına şərait yaradıb. Ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.

İctimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости