Prezident İlham Əliyev: Azərbaycan vətəndaşlarının təyyarə qəzasında həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir

Azərbaycan vətəndaşlarının Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib.

Dövlətimizin başçısı qeyd edib:

"Mən hələ ki, cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik".