İçərisində 5 400 manat maddi vəsait olan terminal oğurlandı

Binəqədi, Səbail və Nərimanov rayonlarında oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu ərazisində mağazalarda quraşdırılan və içərisində 5400 manat maddi vəsait olan 2 ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Səbail və Nərimanov rayonlarında yerləşən ticarət mərkəzlərində mağazaların birindən 480 manat dəyərində qızıl-zinət əşyası, həmçinin ayrı-ayrı vətəndaşlara məxsus mobil telefonlar və bank kartları oğurlamaqda şübhəli bilinən 30 yaşlı N.Kərimova, 30 yaşlı S.Əsgərov, 28 yaşlı F.Mənsimli və iki yeniyetmənin saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.