İnstaqramda bu

İnstaqram sosial şəbəkəsi istifadəçilərə şərhləri bəyənməmək imkanı verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

Day.Az xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.

İnstaqramın baş direktoru Adam Mosseri "Threads" platformasındakı paylaşımında bəyənməmələrin sayının və şərhi kimin bəyənmədiyinin gizli qalacağını açıqlayıb.

O, həmçinin əlavə edib ki, gələcəkdə şərhlər sıralanarkən bəyənməmələr nəzərə alınacaq. Yeniliyin əsas məqsədi şərhlərin keyfiyyətini artırmaqdır.