https://news.day.az/azerinews/1755062.html Bağçalara qəbul üzrə növbələrin yaradılması müvəqqəti dayandırıldı Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılıb. Day.Az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bağçalara qəbul üzrə növbələrin yaradılması müvəqqəti dayandırıldı

Azərbaycanca, 23 мая 2025 15:30 (UTC +04:00) 427
Bağçalara qəbul üzrə növbələrin yaradılması müvəqqəti dayandırıldı

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılıb.

Day.Az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq 23 may 2025-ci il saat 15:00-dan etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılması müvəqqəti dayandırılıb.

"Növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək", - deyə əlavə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости