Qarabağ və Şərqi Zəngəzurdan banklara əmanət qoyuluşları azalıb

Cari ilin mayın 1-nə olan məlumata görə, Qarabağ iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 87,2 milyon manat olub.
Bu barədə Day.Az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici bir ay əvvə nisbətən 20 milyon manat və ya 18,6%, 2024-cü ilin mayın 1-nə olan göstərici ilə müqayisədə isə 1 milyon manat və ya 1,2% azdır.
Eyni zamanda 2025-ci ilin mayın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 614 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 75 min manat, yaxud 10,9% azalma deməkdir.
Qeyd edək ki, bu ilin mayın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin həcmi 14,853 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 221 milyon manat, yaxud 1,5% az, 2024-cü ilin mayın 1-nə olan göstərici ilə ifadədə isə 1,4 milyard manat və ya 10,4% çoxdur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре