Netanyahu Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycan unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə təbrikində yer alıb.
Təbrikdə deyilir: "Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir. Mən, həmçinin Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре