https://news.day.az/azerinews/1768310.html
Kanalda batan Dənizin meyiti tapıldı
Ağdaşda kanalda batan yeniyetmənin meyiti tapılıb. Day.Az FHN-ə istinadən xəbər verir ki, dünən Şirvan kanalının Ağdaşın Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Kanalda batan Dənizin meyiti tapıldı
Ağdaşda kanalda batan yeniyetmənin meyiti tapılıb.
Day.Az FHN-ə istinadən xəbər verir ki, dünən Şirvan kanalının Ağdaşın Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Kanalda batmış 2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, D.Süleymanov peşəkar idmançı olub və yaşıdları arasında alpaqut idmanı üzrə Azərbaycan çempionu imiş.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре