https://news.day.az/azerinews/1769494.html Gənc qız “TikTok”da yazdıqlarına görə 1000 manat cərimələndi Sabunçu Rayon Məhkəməsində 1999-cu il təvəllüdlü Arzu Quliyeva (bütün ad-soyadlar şərti) haqqında verilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.

Gənc qız “TikTok”da yazdıqlarına görə 1000 manat cərimələndi

Azərbaycanca, 23 июля 2025 10:07 (UTC +04:00) 448
Gənc qız “TikTok”da yazdıqlarına görə 1000 manat cərimələndi

Sabunçu Rayon Məhkəməsində 1999-cu il təvəllüdlü Arzu Quliyeva (bütün ad-soyadlar şərti) haqqında verilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qulu Abbasov A.Quliyevanın sosial şəbəkədə onu söyərək təhqir etdiyini bildirib və gənc qızın cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Müəyyən edilib ki, Qulu əvvəllər Arzunun bibisi qızı ilə evli olub, lakin tərəflər bir müddət əvvəl boşanıb. Bundan bir neçə ay sonra Arzu "TikTok" sosial şəbəkəsində Qulunun canlı yayım açdığını görüb və hər hansı mübahisənin olmamasına baxmayaraq, şərh bölməsində kişini söyərək təhqir edib.

Təqsirləndirilən şəxs Quluya qarşı aqressiv olduğunu bildirib, bibisi qızından boşandığı üçün bu addımı atdığını deyib.

Məhkəmə 26 yaşlı qızı Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə təqsirli bilərək 1000 manat cərimə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости