Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə yenə zəlzələ olub.

Day.Az xəbər verir ki, Balıkesirin Sındırgı ilçəsində 6.1 bal gücündə zəlzələ baş verib.

AFAD-ın məlumatına görə zəlzələ saat 19:53-də, yerin 11 km dərinliyində qeydə alınıb.

Zəlzələ yalnız Sındırgıda deyil, həmçinin İstanbul, Bursa, Balıkesir, Kocaeli və ətraf bölgələrdə də hiss olunub. Marmara bölgəsində geniş ərazini əhatə edən sarsıntı sakinlər arasında narahatlıq yaradıb.

Rəsmi qurumlar tərəfindən əhaliyə diqqətli olmağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edirlər.

Türkiyə KİV-in məlumatına görə, zəlzələ nəticəsində bir neçə bina çöküb, dağıntılar altında qalanlar var.