https://news.day.az/azerinews/1776579.html Sentyabrın 1-də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı yekun qərarın verilməsi gözlənilir – Nazir müavini Sülh sazişinin imzalanması üçün iki əsas şərt mövcud idi. Bunlardan biri ATƏT-in Minsk Qrupunun ləğvi, digəri isə Ermənistan Konstitusiyasında dəyişliklərin edilməsi idi.

Sentyabrın 1-də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı yekun qərarın verilməsi gözlənilir – Nazir müavini

Azərbaycanca, 27 августа 2025 16:41 (UTC +04:00) 453
Sentyabrın 1-də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı yekun qərarın verilməsi gözlənilir

Sülh sazişinin imzalanması üçün iki əsas şərt mövcud idi. Bunlardan biri ATƏT-in Minsk Qrupunun ləğvi, digəri isə Ermənistan Konstitusiyasında dəyişliklərin edilməsi idi.

Day.Az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qoşulmama Hərəkatının (QH) Gənclər Təşkilatının üzvləri ilə görüş çərçivəsində jrunalistlərə açıqlamasında bildirib.

O bildirib ki, bunlardan biri artıq baş verdi:

"Yəni ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı iki ölkənin xarici işlər nazirlərinin birgə müraciəti edildi. Sentyabrın 1-də bununla bağlı yekun qərarın verilməsi gözlənilir".

Nazir müavini digər şərtin isə hələ də yerinə yetirilməmiş olaraq qaldığını xatırladıb.

"Yəni Ermənistan Konstutisiyasında dəyişiklik edilikdən sonra artıq sülh sazişinin imzalanması ilə bağlı zəruri zəmin formalaşmış olacaq. Sülh sazişinin tezliklə imzalanmasını gözləyirik. Bu dəyişiklik baş verdikdən sonra sülh sazişi ən qısa müddətdə imzalana bilər", - deyə o qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости