https://news.day.az/azerinews/1776611.html Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə yeni rəhbər təyinatları həyata keçirilib.

Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub

Azərbaycanca, 27 августа 2025 18:21 (UTC +04:00) 462
Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə yeni rəhbər təyinatları həyata keçirilib.

Mədəniyyət Nazirliyindən Day.Az-а bildirilib ki, nazirlik tərəfindən təşkil olunmuş açıq müsabiqənin nəticələrinə əsasən, test və müsahibə mərhələlərindən uğurla keçmiş 19 namizəd rəhbər vəzifələrə irəli çəkilib.

Təyinatların bölgüsü belədir:

 

Bakı şəhəri: 7 məktəbə direktor, 4 məktəbə direktor müavini;

Regionlar: 7 məktəbə direktor, 1 məktəbə direktor müavini.

Yeni rəhbər heyətin idarəetmə bacarıqlarının gücləndirilməsi məqsədilə yaxın günlərdə xüsusi təlim proqramlarının təşkili nəzərdə tutulur. Bununla yanaşı, 2025-2026-cı tədris ilindən etibarən onların fəaliyyəti daha təkmilləşdirilmiş "İncəsənət Məktəblərinin Elektron Sistemi" (İMES) üzərindən idarəetmə və monitorinq proseslərinə daha sürətli şəkildə inteqrasiya olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости