https://news.day.az/azerinews/1786486.html Türkiyədə “Otelçilər Kralı” da saxlanıldı İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan maliyyə cinayətləri və kriptovalyuta əməliyyatları üzrə istintaq çərçivəsində Antalyanın tanınmış turizm nümayəndələri saxlanılıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, "Otelçilərin Kralı" kimi tanınan və bir neçə otelin sahibi olan H.D.

Türkiyədə “Otelçilər Kralı” da saxlanıldı

Azərbaycanca, 8 октября 2025 10:27 (UTC +04:00) 415
Türkiyədə “Otelçilər Kralı” da saxlanıldı

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan maliyyə cinayətləri və kriptovalyuta əməliyyatları üzrə istintaq çərçivəsində Antalyanın tanınmış turizm nümayəndələri saxlanılıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, "Otelçilərin Kralı" kimi tanınan və bir neçə otelin sahibi olan H.D. eləcə də Kəmər bölgəsindəki bir holdinqin rəhbəri İ.L. İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən nəzarətə alınıb. Onlarla birlikdə 4 otel meneceri də ifadə üçün İstanbula aparılıb.

Digər araşdırmada isə beynəlxalq tur operatoru N.K. və bacısı E.K. də qarapul yuma işi ilə əlaqədar saxlanılıb.

Saxlanılan şəxslər Antalya turizm sektorunda böyük rezonans doğurub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости