https://news.day.az/azerinews/1790198.html Arda Güler "ən yaxşı" seçilməsinə belə reaksiya verdi - VİDEO Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Real Madrid" doğma meydanda İtaliyanın "Yuventus" klubunu minimal hesabla məğlub edib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, görüşün ən yaxşı futbolçusu "Real"ın türkiyəli yarımmüdafiəçisi Arda Gülər seçilib.

Arda Güler "ən yaxşı" seçilməsinə belə reaksiya verdi - VİDEO

Azərbaycanca, 23 октября 2025 11:07 (UTC +04:00) 468
Arda Güler "ən yaxşı" seçilməsinə belə reaksiya verdi

Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Real Madrid" doğma meydanda İtaliyanın "Yuventus" klubunu minimal hesabla məğlub edib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, görüşün ən yaxşı futbolçusu "Real"ın türkiyəli yarımmüdafiəçisi Arda Gülər seçilib.

Matçdan sonra təşkilatçılar tərəfindən 8,5 xalla qiymətləndirilən Gülərə bu barədə xəbər verilərkən onun təəccüblənməsi kameralara yansıyıb. Gənc futbolçunun mimikaları sosial şəbəkələrdə maraqla qarşılanıb.

Daha sonra Arda Gülərə "oyunun ən yaxşısı" mükafatı təqdim olunub.

Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости