https://news.day.az/azerinews/1792509.html Kənan Nəsibov Avropa çempionu oldu Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişinyovda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb. Day.Az xəbər verir ki, idmançımız final görüşündə Polşa təmsilçisi Yakub Sordili məğlub edərək Avropa çempionu tituluna yiyələnib.

Kənan Nəsibov Avropa çempionu oldu

Azərbaycanca, 1 ноября 2025 21:53 (UTC +04:00) 387
Kənan Nəsibov Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişinyovda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Day.Az xəbər verir ki, idmançımız final görüşündə Polşa təmsilçisi Yakub Sordili məğlub edərək Avropa çempionu tituluna yiyələnib.

Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medal qazanıb.

Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) üçüncü yer uğrunda qarşılaşıblar. Bu görüşdə Kotsoyev qalib gələrək bürünc medalın sahibi olub.

Qeyd edək ki, yarışın əvvəlki günündə Azərbaycan cüdoçusu İslam Rəhimov (66 kq) da Avropa çempionu adını qazanmışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости