https://news.day.az/azerinews/1794552.html “Balıq baha olsa da, alıram” - İnsanlar mal ətindən imtina edir Son vaxtlar bir sıra ölkələrdə heyvanlar arasında təhlükəli yoluxucu xəstəliklərin yayılması səbəbindən Azərbaycanda fəaliyyət göstərən heyvan bazarları müvəqqəti olaraq bağlanıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu vəziyyət ət bazarına da təsir göstərib, istehlakçılar daha çox balıq və toyuq ətinə üstünlük verməyə başlayıblar.

“Balıq baha olsa da, alıram” - İnsanlar mal ətindən imtina edir

Azərbaycanca, 11 ноября 2025 10:08 (UTC +04:00) 332
“Balıq baha olsa da, alıram”

Son vaxtlar bir sıra ölkələrdə heyvanlar arasında təhlükəli yoluxucu xəstəliklərin yayılması səbəbindən Azərbaycanda fəaliyyət göstərən heyvan bazarları müvəqqəti olaraq bağlanıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu vəziyyət ət bazarına da təsir göstərib, istehlakçılar daha çox balıq və toyuq ətinə üstünlük verməyə başlayıblar. Xüsusilə balıq bazarında canlanma müşahidə olunur, toyuq satışları da əvvəlki dövrlərlə müqayisədə artıb.

Alıcıların sözlərinə görə, onlar son günlər mal ətindənsə balıq almağa üstünlük verirlər:

"Baha olsa da balıq alıram. Xəstəlikdən qorxuram, amma balıq da ucuz deyil. 13 manat balıq ətidir, 20 manata mal əti satışdadır". 

Ekspertlər bildirirlər ki, bu tendensiya ənənəvi mal bazarlarının fəaliyyətinə və inkişaf dinamikasına da təsirsiz qalmayacaq. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости